Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə,  Dusmətov Seymur Bəyəli oğlu ötən gün saat 21 radələrində Xudat-Qusar avtomobil yolunun Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə keçmək istəyən velosipedçi 1998-ci il təvəllüdlü Həmrayev Sənan Cəmaləddin oğlunu vurub.

Hadisə nəticəsində S.Həmrayev dünyasını dəyişb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Murad İbrahimli