Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Cənubi Kivu əyalətində 394 nəfərin ölümünə səbəb olan sel fəlakətindən sonra ölkədə milli matəm elan edilib.

"Unikal" xəbər verir ki, KDC prezidenti Feliks Tshisekedi Cənubi Kivu əyalətində keçən həftə təsirli olan yağışların səbəb olduğu daşqınlarla bağlı açıqlama verib.

Tşisekedi Cənubi Kivuda baş verən sel fəlakəti ilə əlaqədar ölkədə bir günlük milli matəm elan edildiyini açıqlayıb.

Ştatda yağan güclü yağış Çibira çayının daşmasına səbəb olub və bir çox kəndləri su basıb.

Təbii fəlakətdə indiyədək 394 nəfərin cəsədi tapılıb.

Çox sayda insanın itdiyi fəlakətdə axtarış-xilasetmə işləri davam edir.

Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.

16:01

Konqo Demokratik Respublikasının şərqində iki kənddə daşqınlar nəticəsində ölənlərin sayı 400 nəfəri keçib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Cənubi Kivu əyalətinin qubernatoru Teo Nqvabije Kasi ölənlərin sayının 401-ə çatdığını söyləyib.