İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə ilə Suriya arasında münasibətlərin sabitləşdirilməsinə dair dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 9-da Moskvaya gedəcək.
"Unikal" İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, XİN rəhbəri axşam saatlarında Moskvaya uçacaq.
Qeyd olunur ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesi 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri arasında məsləhətləşmələr aparıldıqdan sonra başlayıb. Görüş zamanı birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub.
Ağarza Elçinoğlu