Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.
"Unikal" Apa-ya istinadən xəbər verir ki, hadisə "Təbrik" restoranında qeydə alınıb.
Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.
Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.
Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.