Ekvadorda həbsxana iğtişaşlarının arxasında duran "Los Çoneros" dəstəsinin lideri Roldan Kolumbiyada öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ekvador rəsmiləri məlumat yayıb.
O, vətəni Ekvadorda sui-qəsd nəticəsində yaralandıqdan sonra Kolumbiyaya qaçıb. Roldan fevral ayında həbsdən azad edilib. Başından vurulan Roldanın meyitini polislər aşkarlayıblar. Onun ölümü ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, “Los Choneros” dəstəsi əsasən narkotik satışı və qəsblə məşğuldur.
Gülayə Mecid