Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm biznesi” kafedrasının müdiri Hafiz Hüseynov Özbəkistan Respublikasının “İpək yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universiteti tərəfindən Səmərqənd şəhərində təşkil olunan “İnsanlar və Planet üçün qastronomik turizm konqresi: innovasiya, güc və mühafizə” adlı beynəlxalq tədbirin iştirakçısı olub.

"Unikal" xəbər verir ki, “Azərbaycanda qastronomik turizmin inkişafı” mövzusundakı məruzəsində adıçəkilən istiqamətin dünyaya tanıdılması məsələsinə aydınlıq gətirib. H.Hüseynov qastronomik turizmə dair sualları cavablandırmaqla bərabər,eyni zamanda xarici turistlər üçün nəzərdə tutulan menyuya türkdilli ölkələrə məxsus çeşidlı kulinariya məhsulu adlarının daxil edilməsinin   zəruriliyindən danışıb.