Rusiya prezidenti Vladimir Putin Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun nöqteyi-nəzərini yüksək qiymətləndirib.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov NEWS.ru-ya müsahibəsində deyib.  

Onun sözlərinə görə, Rusiya lideri ilə Heydər Əliyev arasında yaxın münasibətlər olub:

"Prezident Putinin Heydər Əliyevlə çox isti münasibətləri var idi. O, həqiqətən də Əliyevə çox hörmət edirdi. Onlar dəfələrlə görüş keçiriblər. O zaman indiki ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin möhkəm əsasları qoyuldu. Prezident oxşar əlaqələri İlham Əliyevlə də davam etdirir. Əlbəttə, ümumi tariximizdə, Sovet İttifaqının tarixində Heydər Əliyevin rolunu qiymətləndirməmək mümkün deyil. Bu rol həqiqətən də böyükdür",-  deyə Peskov vurğulayıb.