"Prezident Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən verilmiş həbs orderinin icrası müharibəyə səbəb ola bilər.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı bildirib.
Medvedevin fikrincə, BCM “müharibəçilər”in siyasi aləti kimi çıxış edib.
“Xarici liderin həbsi üçün order nədir? Bu, bir səbəbdir (müharibə səbəbi), əgər belə bir şey olarsa, müharibənin başlanması ilə nəticələnə bilər " - deyə medvedev bildirib.