Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Böyük Britaniya ilə diplomatik münasibətlərin kəsilməsinin tərəfdarı olduğunu bildirib
"Unikal" xəbər verir ki, o , bu barədə Britaniya raketlərinin Rusiya Federasiyası ərazisində "Storm Shadow"a zərbə endirməsi fonunda müvafiq bəyanatla çıxış edib.
Parlamentarinin sözlərinə görə, Böyük Britaniya Ukraynadakı münaqişənin iştirakçısına çevrilərək Kiyevi külli miqdarda silahla təchiz etməklə Rusiya Federasiyasına qarşı “açıq şəkildə təcavüzkar planlarını nümayiş etdirir” və əslində Rusiyanın “düşmənidir”.
Bununla əlaqədar olaraq o, Rusiya Federasiyasının diplomatik münasibətləri “kəsməsi”, Böyük Britaniya səfirlərini “qovmalı”, Britaniya diplomatik nümayəndəliklərini “bağlamalı”, “hesablarını dondurmalı və bütün aktivlərini müsadirə etməlidir” fikrini bildirib.