Almaniyalı Günter və Kristin Holtorf cütlüyü 24 il ərzində dünyanı gəzərək, 215 ölkəyə səfər ediblər.
"Unikal" xəbər verir ki, 25 təyyarəsi olan bir aviaşirkətin baş direktoru olan Günter dördüncü həyat yoldaşı Kristinlə birlikdə 90-ci illərin sonunda səyahətə çıxıblar. Günter səyahətə çıxanda 53, Kristinanın isə 34 yaşı olub.
Beləliklə, illər ərzində 215 ölkəyə səfər edən cütlük 900 min km-dən çox yol qət edib.
Günter Holtorf 77 yaşında səyahətini başa vurub, lakin həyat yoldaşı Kristin xərçəngdən ölüb. Günter arvadı üçün səfərdən vaz keçməyib və həmişə arvadının şəklini özü ilə səyahət etdiyi ölkələrə aparıb.