Xüsusi əməliyyat zamanı R4-cü motoatıcı briqadanın komandiri polkovnik Vyaçeslav Makarov və ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Makarovun ön cəbhədə olduğu və döyüşə şəxsən rəhbərlik etdiyi qeyd edilib.
“Üçüncü hücumun əks olunması zamanı briqada komandiri ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib”, - məlumatda deyilir.
Həmçinin, çoxsaylı qəlpə yaraları alaraq bu ərazidə müdafiəyə rəhbərlik edən polkovnik Brovko dünyasını dəyişib.