Mayın 14-də keçirilən seçkilərdə 6 milyona yaxın gənc ilk dəfə səs verib. Seçkilərin ikinci turunda mayın 28-dək 18 yaşı tamam olacaq təxminən 50 min gənc seçici ilk dəfə seçkiyə gedəcək.
"Unikal" xəbər verir ki, Türkiyə və xaricdəki seçicilər yüksək fəallıq nümayiş etdirib. Ölkədaxili iştirak nisbəti 88,92 faiz, xaricdə isə 52,69 faiz olub. 60 milyona yaxın seçici səs verib.
Mayın 14-də keçirilən seçkilərdə 6 milyona yaxın gənc bu il ilk dəfə səs verib.
İstanbulda 1 milyona yaxın gənc səsverməyə gedib.
YSK sədri Əhməd Yener prezident seçkilərində namizədlərin seçilə bilməyəcəyini açıqlayıb və seçkilərin ikinci turunun mayın 28-i bazar günü keçirilməsinə qərar verilib.
TRT Haber-in məlumatına görə; Prezident seçkilərinin ikinci turunda 18 yaşı tamam olacaq təxminən 50.000 yeni seçici var.