Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "Meta" şirkətinin rəhbəri Mark Zukerberq feysbuk səhifəsində məlumat paylaşıb.

O bildirib ki, tezliklə messencerdə şəxsi yazışmaları ayrıca qovluğa köçürməyə imkan verən "Söhbəti bağla" funksiyası olacaq.

İstidafəçilər onu açmaq üçün isə cihazın şifrəsini yazmalı və ya biometrik məlumatları skan etməli olacaqlar.