Çili çempionatının XIV turunun "Kuriko Unido" - "Palestino" matçında maraqlı hadisə baş verib.
"Unikal" xəbər verir ki, qonaqların 1:0 hesablı qələbə qazandığı oyunun əvvəlində meydana it daxil olub. İt topu oyuncaq zənn edərək, onunla oynamağa başlayıb.
Bir qədər sonra futbolçulardan biri iti meydandan çıxarıb. Hətta bu zaman belə, it topu qaytarmaq istəməyib.