Vladimir Putin Rusiya Xarici İşlər nazirinin (XİN) müavini Oleq Syromolotovu vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, müvafiq fərman hökumətin rəsmi portalında dərc olunub.
Sənəddə fərmanın imzalandığı gündən, yəni mayın 19-dan qüvvəyə mindiyi bildirilir. İşdən çıxarılma səbəbləri açıqlanmayıb. Xarici işlər nazirinin müavini postunu kimin tutacağı barədə də məlumat yoxdur.
Qeyd edək ki, Syromolotov 2015-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyinin terrorizmlə mübarizə üzrə rəhbərinin müavini təyin edilib.
Ağarza Elçinoğlu