Tbilisidə polis hava limanının binasını mühasirəyə alıb.
"Unikal" "Novosti Georgia"ya istinadən xəbər verir ki, binanın ətrafında Rusiya Federasiyası ilə əlaqənin bərpasına etiraz aksiyası keçirilir.
Məlumata görə, bu gün Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi 2019-cu ildən sonra ilk dəfə Rusiyadan Gürcüstana uçuşları bərpa etmək üçün icazə almasından bir gün əvvəl Tbilisi hava limanına enib.
Rusiya aviaşirkətinin reysi səhər saatlarında Moskvanın Vnukovo hava limanından havaya qalxıb. Təyyarədə hava hərəkətinin bərpası məsələsinin ümayəndə heyəti olub.
Günorta saatlarında Respublika meydanına toplaşan etirazçılar daha sonra hava limanına yollanıb. Polis əvvəlcədən Tbilisi hava limanına səfərbər edilib. Gözləmə zalı bağlanıb.
Ağarza Elçinoğlu