Moskvanın Preobrajenski rayonunda hərbi komissarlığının yerləşdiyi bina yanır.

"Unikal" xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Qeyd olunur ki, yanğın binanın altıncı mərtəbəsində baş verib. Hadisə yerinə 15 yanğınsöndürən briqadası göndərilib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.  

Xatırladaq ki, mayın əvvəlində Tver vilayətində 18 yaşlı yerli sakin hərbi komissarlığı yandırdığına görə həbs edilib.

Seymur Əli