“Oğlum Aşot Paşinyanın şikayət ərizəsini geri götürməsini istəməmişəm, o, öz qənaəti ilə məni bu imkandan məhrum edib". 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hadisə baş verən zaman o, ölkədə olmayıb və gələn kimi artıq hüquqi prosedurlara başlanılıb:

“Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam”? Ermənistan Respublikasında hamı məsələni qanuni yolla həll etməlidir". 

 Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti mayın 17-də “Oğulların çağırışı” qeyri-hökumət təşkilatının üzvlərinin baş nazirin oğlunu qaçırmağa cəhd etməsi barədə məlumat yayıb.