İspaniya Primerasının 36-cı turunun matçında “Valyadolid” “Barselona”nı qəbul edib.
“Unikal” xəbər verir ki, “Xose Sorrilya” stadionunda baş tutan oyunda meydan sahibləri katalonlardan iki top üstün olublar.
Qarşılaşmada hesab erkən açılıb: ikinci dəqiqədə Andreas Kristensen topu öz qapısına göndərib. 23-cü dəqiqədə Kayl Larin penalti zərbəsini dəqiq yerinə yetirərək “Valyadolid”in üstünlüyünü ikiyə çatdırıb. 74-cü dəqiqədə Qonsalo Plata hesabı darmadağın həddinə çatdırıb. Oyunun 84-cü dəqiqəsində “Barselona”nın hücumçusu Robert Levandovski qollardan birinin əvəzini çıxsa da, katalonların bundan artığına gücü çatmayıb. Beləliklə, matç meydan sahiblərinin 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Barselona” bu mövsüm 85 xalla birinci pillədə qərarlaşıb və çempionluğunu təmin edib. “Valyadolid” isə 38 xalla 17-ci pillədə qərarlaşıb və 1 oyun az keçirən “Espanyol”u 3 xal qabaqlayır. Komanda liqada qalmaq uğrunda mübarizə aparır.