46 yaşlı kişi çayxanada ölüb.

"Unikal" xəbər verir ki, Qax şəhər sakini 1977-ci il təvəllüdlü Nəzərov İlham Adil oğlu şəhər ərazisindəki çayxanaların birində çay içən zaman halı pisləşib və yıxılıb. Hadisə yerinə təcili tibbi yardım maşını cağırılıb və İlham Nəzərov xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı  araşdırma aparılır.

Seymur Əli