Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş başa çatıb.

"Unikal" xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, görüş təxminən 20 dəqiqə davam edib.

Bundan əvvəl Rusiya dövlətinin başçısı danışıq iştirakçılarının hər biri ilə ikitərəfli görüşlər keçirib.

Görüşün rəsmi başlamazdan əvvəl Putin, Əliyev və Paşinyan üz-üzə müzakirə aparıblar.

23:51

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23:27

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.

"Unikal" xəbər verir ki, görüş Kreml sarayında keçirilir.

Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində üçtərəfli danışıqlarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunur.