Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın - Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, bu gün humanitar neytral vasitəçi rolunda çıxış edərək, 15 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olublar.