Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, o, öz yerinə müdafiə naziri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.

Qeyd edək ki, A.Vuçiç 2012-ci ildə partiyanın sədri seçilmişdi.