Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib.

"Unikal" xəbər verir ki, Serqo Orconikidze adına Rusiya Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri Vaqif Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Prezident Vladimir Putinin bu barədə sərəncamı dərc edilib.

V.Kərimov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının və Dağ Elmləri Akademiyasının akademikidir. Hazırda universitetin geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiridir.