Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ukraynadakı münaqişənin başa çatması ilə bağlı bəyanatını şərh edib və Kiyevin Moskvaya tələblərini irəli sürüb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində məlumat dərc edib. 

Tələblərə görə, Rusiya qoşunlarını Ukraynadan dərhal çıxarımaldır:

"Rusiya postsovet ölkələrinin suverenliyinin tanımalı, o cümlədən demilitarizasiya zonasının yaradılması və uzunmüddətli döyüşçülərin sayının azaldılması və s.". 

Podolyak, həmçinin Rusiyanın nüvə arsenalına nəzarət üzrə beynəlxalq konfransın çağırılmasına və Rusiyadan Ukraynaya “təzminat ödənişlərinin” rəsmiləşdirilməsinə çağırıb.

Seymur Əli