"Sabah axşam elə bir zəfər qazanacağıq ki, bir ovuc səriştəsiz iddialılardan və ölkəmizlə hesablama aparanlardan başqa heç kim itirməyəcək".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Beykoz rayonunda çıxışı zamanı deyib.

Türkiyə lideri əhaliyə müraciət edərək, bütün vətəndaşları səsvermədə iştirak etməyə və səslərinə sahib çıxmağa çağırıb.

"Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda müxalifət tərəfdarlarının da bizə səs verəcəyinə inanıram", - deyə Ərdoğan deyib.