Afrikanın Nyanqa şəhərində qadına təcavüz etdiyi iddia edilən bir qrup kişinin dilləri kəsilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə  baxış keçirən hüquq-mühafizə orqanları 7 nəfər kişini yola kənarında yaralanmış vəziyyətdə aşkar edib. Polis iki nəfərin öldüyünü, beşinin isə xəstəxanada həyatları üçün mübarizə apardığını bildirib.

Həmin şəxslərin avtomobil oğurluğu ilə məşğul olduqları və daha çox cinayət törətdikləri iddia edilir. Afrika polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.