Türkiyədə Prezident seçkilərinin ikinci turu çərçivəsində seçki prosesi problemsiz davam edir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ikinci tur çərçivəsində sadəcə prezident seçkilərinin olduğunu nəzərə alaraq, səsvermə nəticələrinin daha qısa zamanda açıqlanacağı gözlənilir.

O, həmçinin namizədlərə uğurlar diləyərək, seçkinin bütün tərəflər və Türkiyə xalqı üçün xeyirli olmasını arzu edib.