Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) bir qrup üzvü partiyanın Baş Qərargahı önündə toplaşıb.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin şəxslər arasında prezident seçkilərinin ikinci turunda məğlub olan CHP sədri, “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun istefasını tələb edənlər də var.

Bundan başqa, İYİ partiyasının Trabzondan olan millət vəkili Yavuz Aydın da Kılıçdaroğlunun istefasını tələb edib. Aydın tviter hesabında paylaşım edərək, Kılıçdaroğlunun İYİ partiyasının sədri Meral Akşenerdən üzr istəyərək istefa verməli olduğunu qeyd edib.