Türkiyədəki prezident seçkilərində müxalifətin namizədi Kamal Kılıçdaroğlunun tərəfdarları arasında kiçik toqquşmalar baş verib, lakin vəziyyət polis tərəfindən nəzarətə götürülüb. 

"Unikal" xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının paytaxtın Şoqyutozyu rayonundakı qərargahı yaxınlığında əksəriyyəti gənclərdən ibarət 50-60 nəfər toplaşıb. Əvvəlcə yüksək səslə danışıblar, sonra isə bu, kiçik davaya çevrilib.

Polis vəziyyətə nəzarət edib.

Bir müddət əvvəl prezident seçkilərində liderlik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarının növbəti 5 il ərzində ölkəni idarə etmək məsuliyyətini ona və onun administrasiyasına həvalə etdiyini bildirmişdi .