Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda tərəfdarları ilə birlikdə ən çox sevdiyi "Eşidən və duymayan" mahnısını ifa edib.

"Unikal" xəbər verir ki, Türkiyə liderinin tərəfdarları bu mahnını “prezidentin himni” adlandırırlar. Onu seçki kampaniyası çərçivəsində hər mitinqdə ifa etdiyi qeyd edilir.

Mayın 28-də prezident seçkilərində lider olan Ərdoğan bildirib ki, ölkə vətəndaşları növbəti 5 il ərzində ölkəni idarə etmək məsuliyyətini ona və onun administrasiyasına verib.