Saatlıda 15 yaşlı oğlan özünü asaraq intihar edib

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Novruzov Emin Səftər oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil

Faktla bağlı Saatlı prokurorluğu araşdırma aparır.