Türk Hava Yollarının Ankara-İstanbul reysinin hava şəraiti ilə əlaqədar gecikib.
"Unikal" xəbər verir ki, təyyarədə gözləyən bəzi sərnişinlər gecikməyə görə THY-ya reaksiya veriblər.
Bu zaman təyyarəyə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati də sərnişin qismində minib. Bundan sonra insanlar "nazirə görə təyyarəni gecikdirdilər" -deyə narazılıqlarını bildiriblər.
Bu reaksiyalar qarşısında sərnişinlərə üz tutan nazir Nəbati "Seçkidə AK Parti qalib gəldi, prezident Ərdoğan qazandı, həzm edin qardaşlarım", - cavabını verib.
Gülayə Mecid