Azərbaycana rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İshak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.