Qəbələdə qəza olub, 1 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, dünən gecə saat 23 radələrində "Wolksvagen" markalı avtomobilin sürücüsü, 1959 - cu il təvəllüdlü Bakı şəhər sakini Rövşən Mustafayev Qəbələ şəhəri ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan onun qızı və bir azyaşlı nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.