Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın hökumətin tərkibini tamamilə dəyişdiyi əks etdirən nazirlərin siyahısı yayılıb. 

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, Türkiyə Nazirlər Kabinetinin tərkibini əks etdirən foto sosial  şəbəkədə gündəm mövzusu olub. 

Bundan sonra Türkiyə Dezinformasiyaya Qarşı Mübarizə üzrə Kommunikasiya Mərkəzi, sosial mediada yayılan “kabinet siyahıları”nın əsassız olduğunu açıqlayıb:

"Saxta görüntülərlə yayılan “kabinet siyahıları” əsassızdır, bu cür xəbərlər dezinformasiyadır".

Gülayə Mecid