Rusiya lideri Vladimir Putin Moskvada Zotov Mərkəzindəki sərgini ziyarət edib. Sərgidə video oyun sənayesinin inkişafı üzrə təşkilatın rəhbəri Vasili Ovçinnikovun sualını cavablandıran Putin, "Mən həftə içi kompüter oyunları oynayıram" , - deyə açıqlama verib.  

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  Putinin bu sözləri gündəm yaradıb. Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin kompüter oyunları oynaması ilə bağlı açıqlama yayıb. 

"Mən prezidentin kompüter oyunları oynamasından xəbərsizəm. Bəlkə də, oynayır, amma mən bunu heç vaxt görməmişəm və ondan eşitməmişəm”, -  Peskov bildirib. 

Gülayə Mecid