Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib.

"Unikal"ın məlumatına görə hazırda tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib. Baş verən təbiət  hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1964-cü il təvəllüdlü qadın pasiyentin  müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir. Digər 1995-ci il təvəllüdlü qadın pasiyent  bel (L2, L3) fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunur.

Şahnəzər Bəşirov

XXX

19:32

Güclü külək Göyçay şəhərində 2 beşmərtəbəli yaşayış binasının dam örtüyünü qoparıb, binalardakı mənzillər yağış suları altında qalıb, əhaliyə böyük məbləğdə maddi ziyan dəyib.
"Unikal"
ın məlumatına görə, təbii fəlakət nəticəsində ağac isə avtomobilin üstünə aşıb.

xxx

19:19

Göyçay rayonunda qasırğa baş verib.

"Unikal"ın məlumatına görə bu gün saat 18:30 radələrində başlayan güclü külək Göyçay şəhərində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb. Ağaclar aşıb, elektrik naqilləri qırılıb. Rayonda əhaliyə elektrik verilişi dayanıb. Yarım saatdan çoxdur ki, rayonda qasırğa davam edir.

Güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları Göyçay şəhərinin mərkəzi küçələrinə toplaşıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb. Hazırda güclü küləklə müşaiyyət olunan yağış davam edir. 

Şahnəzər Bəşirov