"Ölkəmizdə pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, müsbət demoqrafik dəyişiklik çərçivəsində anadan olan uşaqların sayının artması ilə bağlı uyğunlaşdırma aparılır:

"Məşğulluğa nəzər salsaq, ümumi dörd ay ərzində 18 min şəxs işlə təmin edilib. Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artımlara nail olmuşuq. Belə ki, 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq”,- deyə nazir qeyd edib.

Anar Kəlbiyev