Rusiya Belarusa daha bir S-400 hava hücumundan müdafiə sistemi təhvil verib.

"Unikal" xəbər verir ki, Rusiya hərbçilərinin birgə qruplaşmasının planlaşdırılmış rotasiyası kimi çatdırılma başa çatıb.

Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Rusiya Federasiyası Silahlı Qüvvələrinin birləşmiş silah və tank birləşmələrinin şəxsi heyəti, silah və texnikası kombinə edilmiş qaydada respublika ərazisinə daxil olur”, - deyə hərbi idarədən bildirilib.

Tədbirlər “İttifaq dövlətinin müdafiə qabiliyyətinin artırılması maraqları naminə” keçirilir.