Fransa Daxili İşlər Nazirliyi iyunun 6-da ölkə boyu pensiya islahatına qarşı keçiriləcək nümayişlər zamanı asayişi təmin etmək üçün 11 min polis və jandarm göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.

Onun sözlərinə görə, göstərilən saydan 4000-i Parisdə nümayişçiləri izləyəcək.

"Daxili İşlər Nazirliyinin kəşfiyyat xidmətləri çərşənbə axşamı xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakını gözləyir", - Darmanen bildirib.

O, həmçinin bildirib ki, onun göstərişi ilə 17 nəfərə “bu şəxslərin yürüşlərə qoşulmasının qarşısını almaq və lazım gələrsə, saxlanmalarını asanlaşdırmaq məqsədilə” inzibati qadağalar tətbiq edilib.