Ukrayna prezidenti Volodimir Zelenski bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınmasının təhlili ilə bağlı iclas keçirib.

"Unikal" xəbər verir ki, siyasətçi özünün Telegram kanalında videomüraciət yayımlayıb və bu görüşdə Ukrayna kəşfiyyatının və hökumətinin nümayəndələrinin iştirak etdiyini bildirib.

“Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti , Hökumət İdarəsi. Biz Rusiyanın sanksiyalardan necə yan keçdiyini və ona kimin kömək etdiyini ətraflı təhlil etdik”, - deyə Ukrayna lideri bildirib.

Eyni zamanda, siyasətçi  Kiyevin “mövcud sanksiyalardan yayınmağın hər istiqamətini gördüyünü” vurğulayıb və bununla bağlı “lazımi addımların” atılacağına söz verib.

Bundan əvvəl Zelenski Rusiya Federasiyasına qarşı sanksiyalardan yan keçməkdən yorulduğunu etiraf edib və buna icazə verən ölkələrlə açıq mübarizəyə başlayacağını vəd edib.

Ukrayna prezidenti bəzi dövlətlərin Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin istehsalını artırmağa çalışdığı halda, digərlərinin Rusiya ilə ticarət aparmasını, yəni onun fikrincə, Rusiya Federasiyasının müdafiə kompleksini maliyyələşdirməsini paradoksal adlandırıb.