"Ermənistan Rusiyadan silah almağa alternativ “axtarır və tapır”".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan bir çox ölkələrlə silah alışı mövzusunda intensiv müzakirələr aparır.

“Bəzi hissədə artıq nəticələr var, digər tərəfdən isə danışıqlar hələ də davam edir. Ermənistanla Rusiya arasında silah tədarükü ilə bağlı münasibətlərdə yaranmış problem həll olunana qədər Ermənistan alternativ həll yolları axtarır və tapır”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Qriqoryan onu da əlavə edib ki, KTMT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə Rusiyadan olan həmkarı ilə bu məsələni müzakirə etməyi planlaşdırır.