"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması problemlərlə bağlıdır, lakin İrəvanın digər ölkələrlə əməkdaşlığını məhdudlaşdırmır".

"Unikal" xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Birinci Kanalının efirində deyib .

“Ermənistanın KTMT-də iştirakı müəyyən problemlər yaradır, lakin müxtəlif ölkələrlə əməkdaşlığı məhdudlaşdırmır. Biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmək üçün Qərb tərəfdaşları ilə intensiv işləyirik və bu işi davam etdirəcəyik”, - deyə Qriqoryan bildirib.

Eyni zamanda, o qeyd edib ki, 2020-ci ildən sonra KTMT-nin Ermənistana əhəmiyyətli yardımı halına rast gəlmək çətin olacaq.

Qriqoryanın sözlərinə görə, hazırda KTMT-nin davranışı ciddi deyil, çünki  Qarabağdakı hadisələrlə bağlı faktların toplanması üzrə missiyanın yaradılması yalnız İrəvanda Aİ-nin monitorinq missiyası şəklində alternativ tapıldıqdan sonra təklif edilib .