Şəmkir rayonunda yerli sakin qəbul etdiyi dərmandan zəhərlənib.
"Unikal” xəbər verir ki, qəbul etdiyi ağrıkəsici dərmandan zəhərlənən Şəmkir rayon sakini, 2003-cü il təvəllüdlü N. Atakişiyeva xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkənin ağrıkəsici dərmanı qədərindən artıq istifadə etməsi səbəbindən zəhərləndiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.