Türkiyənin Kocaeli bölgəsinin Kandıra rayonunda qohumlar arasında baş verən silahlı davada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, məlumata görə, Aydın Ç. onunla qohum olduğu öyrənilən İpek Ç. Azat O. ilə arasında mübahisə düşüb.

Mübahisənin döyüşə çevrilməsi üzərinə Aydın Ç. tapança ilə İpek Ç. və Azat O-ya atəş açıb.

Hadisədə onun 3,5 aylıq hamilə olduğu öyrənilən İpek Ç. və Azat O. yaralanıb.

Hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Yaralılar hadisə yerində edilən ilk müdaxilənin ardından Kandıra Dövlət Xəstəxanasına aparılıb.

Edilən müdaxiləyə baxmayaraq İpək C. - nu xilas etmək mümkün olmayıb. Azat O-nun müalicəsinin davam etdiyi öyrənilib.

Polis şübhəli Aydın Ç.-nin tutulması üçün əməliyyat başlayıb.