Türkiyənin Konya şəhərində iş yerində iki qrup arasında mübahisə düşüb.
"Unikal" xəbər verir ki, mübahisə qısa zamanda atışmaya çevrilib. Hadisə zamanı 11 nəfər odlu silahdan açılan atəşlə yaralanıb. Yaralananlardan 7-si polisdir.
Bölgəyə polis və tibb işçiləri göndərilib. Yaralılar ilk müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıb.
Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.
Gülayə Mecid