Türkiyənin Kastamonu şəhərinin İnebolu rayonunda fövqəladə vəziyyət yaranıb.
"Unikal" Türkiyə KİV-ə istinadla xəbər verir ki, rayon mərkəzindən keçən Söke çayında suun səviyyəsi kəskin şəkildə artıb.
Sel təlükəsi ilə əlaqədar ətrafda yaşayan insanların təxliyəsinə başlanılıb. Hazırda 1-ci mərtəbələrdə yaşayan ailələrdən yuxarı mərtəbələrə çıxmaları və ya evlərini tamamilə boşaltmaları tələb olunub.
Ağarza Elçinoğlu