Xəbər verdiyimiz kimi,  iyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, Ərdoğanın andiçmə mərasiminə qatılan Pakistanın baş naziri Şahbaz Şərif hədiyyəsi ilə diqqət çəkib. 

Belə ki, Ərdoğanla söhbət edən Şərif hədiyyə olaraq Pakistandan manqo gətirdiyini bildirib. Türkiyə lideri isə "Manqolar haradadır?" deyə sualını ünvanlayıb. Daha sonra cütlüyün yanında olanlar manqonun evə göndərildiyini bildirib.

Ərdoğanın Şərifə hədiyyəsinə görə təşəkkür edib və “Mən bilirəm ki, Pakistan manqoları ləzzətli və şirindir” deyib. 

Gülayə Mecid 

Mangoes: Benefits, nutrition, and recipes