Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandatı yoxdur.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

"Bəli, biz Qarabağ xalqından (Qarabağda yaşayan ermənilərdən - red.) onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia və buna cəhd də etmirik", - deyə Mirzoyan qeyd edib. 

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağda yaşayan ermənilərlə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.

Ağarza Elçinoğlu